3 avqust 2026. Bazar ertəsi

Murad Musayev Neftçi ilə heç-heçədən danışdı


Murad Musayev Neftçi ilə heç-heçədən danışdı
"Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik. Nəticədə ikinci toplarda rəqibə uduzmağa başladıq. Fasilədən sonra daha sıx oynadıq. Yaxşı qol vurduq. Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Cavab oyunu öncəsi şanslar bərabərdir. Futbolçulıar meydanda yaxşı təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var”.






Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı