31 yanvar 2026. Şənbə

Zirə'dən darmadağın, Qəbələ'dən çətin qələbə


Zirə'dən darmadağın, Qəbələ'dən çətin qələbə

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Zirə” doğma meydanda Premyer Liqanın autsayderi “Səbail”i qəbul edib. Meydan sahibləri bu oyunda 4 cavabsız qolla qələbə qazanıb.

Günün digər oyunu isə “Sumqayıt” doğma meydanda "Qəbələ”ni qəbul edib. Bu oyunda qonaqlar minimal hesabla qalib gəlib.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Keşlə”yə 1:0 qalib gəlib. “Neftçi” – “Sabah” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
2 fevral

“Zirə” – “Səbail” 4:0
Qol: M.Hamdaui, 45+2. L.Broqno, 59; 86. H.Keyta, 72.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Sumqayıt” – “Qəbələ” 0:1
Qol: İ.Alimi, 26-pen.
Hakimlər: Rauf Cabbarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev.
Sumqayıt. “Kapital Bank Arena”, 19:15.







Misli Premyer liqa

"Şamaxı" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 19:02 30.01.2026
"Şamaxı" onunla yollarını ayırıb
“Sumqayıt" və “Qəbələ”dən qələbə
  • Misli Premyer liqa
  • 18:59 30.01.2026
“Sumqayıt" və “Qəbələ”dən qələbə
“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb