23 aprel 2026. Cümə axşamı

Qarabağ iştirak ərizəsini UEFA-ya göndərdi


Qarabağ iştirak ərizəsini UEFA-ya göndərdi
UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərib. Corner.az xəbər verir ki, siyahıya yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə daxil edilib.

Əvəzində Kiprin AEK (Larnaka) komandasına icarəyə verilmiş Qaspar Panadero, uzun müddətdir zədəli olan Xayme Romero və Türkiyənin Antalya bölgəsindəki toplanış zamanı 10 ay müddətinə sıradan çıxmış Hüseyn Hüseynzadə heyətdən kənarda qalıb.
 
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 94. Ayhan Arazlı (B siyahısı)
 
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı), 15. Leandro Andrade
 
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı)
 
Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.






Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh