25 oktyabr 2024. Cümə

İki futbolçu götürmək istəyirik - Rəşad Sadıqov


İki futbolçu götürmək istəyirik - Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Biz də hamı kimi çempionat üçün darıxmışdıq. Bu gün çox vacib qələbə qazandıq. Qarşılaşmadan əvvəl gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər. İkinci yarıya ehtiyatlı başladıq. Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. "Keşlə"ni gücdən salaraq hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdik. Mövsümün əvvəlidir və fiziki cəhətdən tam hazır deyilik. Əsas odur ki, nəticə qazandıq. Hər futbolçumdan razıyam. Hamidu Keyta bizə bir qədər gec qoşulub. Hücum xəttimizə güc qatacağına inanıram. Oyunçularımızın hər biri bizim üçün dəyərlidir.
 
Axtarışlarımız davam edir. Danışıq apardığımız futbolçular var. İki futbolçu götürmək istəyirik. Bu, üç oyunçu da ola bilər. Yayda heyəti tam formalaşdıra bilməmişdik. Heyətin geniş olması yaxşıdır”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir