3 avqust 2026. Bazar ertəsi

Müdafiəni fikirləşməyə məcbur idik


Müdafiəni fikirləşməyə məcbur idik
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik. Sadə toplar itirdik və bu, daha çox müdafiədən oynamağımıza səbəb oldu. Azlıqda qaldıqdan sonra müdafiəni fikirləşməyə məcbur idik. 60-cı dəqiqədən sonra risk etdik.
 
Qış fasiləsində bəzi oyunçular komandanı tərk etdi. Transferlər də etməyə çalışdıq. Natan Oduvanı heyətimizə cəlb etmişik. Hazırda oynayacaq durumda deyil. Santosla Netu zədəyə görə iki dəfə komanda ilə məşq edib.
 
Biz də ölkə xaricində hazırlıq keçmək istəyirdik. Amma mövcud vəziyyətlə bağlı öz bazamızda hazırlaşdıq. Bəhanə axtarmayacağam. Həm fiziki, həm də texniki-taktiki cəhətdən hazırlaşmağa çalışdıq. Bu gün məni məyus edən məqam qol imkanı yaratmamağımız idi”.






Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı