19 mart 2026. Cümə axşamı

Bəzi epizodlarda arxayınlıq oldu


Bəzi epizodlarda arxayınlıq oldu
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner az xəbər verir ki, Ağdam klubunun çalışdrıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Komandam optimal formasından uzaq idi. İtkilərimiz də var idi. Matça tam hazırlaşa bilməmişdik. Futbolçular gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Futbolçuları təbrik edirəm. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. "Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhv etdi. Gənc olsa da, istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin. Hakimlərə əsəbi deyildim. Sadəcə, bir neçə təkrarlanmış səhvə görə etirazımı bildirirdim.
 
Vacib 3 xalı yaxşı oyunla qazandıq. İstəkli komandaya qarşı oynayırdıq. Bəzi epziodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komanda azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu.
 
Maksim Medvedevin əzələsində mikro zədə var idi. Ciddiyə də almaq olar. İnanıram ki, qarşıdakı günlərdə əvvəlki qaydasına qayıdacaq. İbrahima Vadji özünü narahat hiss etdi. Bu gün test verdi, neqativ çıxdı. Meydana buraxmağa risk etmədik. Qara Qarayevdə qızdırma oldu. Koronavirusa yoluxmuşdu.
 
Həmişə futbolçularımızın işinə sevgi ilə yanaşmasını istəmişik. Çünki hər oyunda meydana qələbə üçün çıxırıq. Həzz almaq üçün qalib gəlmək lazımdır. Bəzən hansısa oyundan sonra arxayınlıq ola bilər. Bunun qarşısını almağa çalışırıq. İnanmıram ki, arxayınlıq olsun. Qarşıdakı matçlarda daha yaxşı çıxış etməliyik".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi