3 avqust 2026. Bazar ertəsi

İşimiz çoxdur, dayana bilmərik - Murad Musayev


İşimiz çoxdur, dayana bilmərik - Murad Musayev
"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:
 
- Çox çətin oyun alındı. Fiziki cəhətdən oyuna yaxşı hazırlaşa bilməmişdik. Çünki həftəiçi böyük iş görmüşdük. Bu gün meydanda xarakter göstərdik. Çalışacağıq ki, bütün 90 dəqiqə ərzində aktiv oynayaq. Yaxşı qollar vurduq. Bəzən rəqibə fürsətlər verdik. İşimiz çoxdur, dayana bilmərik.
 
- Şənbə günü "Neftçi"yə qarşı oyun var. Komandada yorğunluq varmı?
- Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Hazırda önəmli olan bu vaxtı düzgün dəyərləndirməkdir. Futbolçularımız maksimum şəkildə diqqətli olmalıdır. Həkimlərlə vaxt keçirməli, tez bərpa olunmalıdırlar. Başqa çarəmiz yoxdur.






Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı