24 iyun 2026. Çərşənbə

Buna görə oyun asan oldu - Qurban Qurbanov


Buna görə oyun asan oldu - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyunla (6:0, ilk oyun 1:0) bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:6 hesabı ilə qələbə qazandıqları matçı belə şərh edib:
 
“Öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdik. Bəzi futbolçular çox istəkli idilər. Bunun faydası çox oldu. Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqibdə yorğunluq hiss olunurdu. Bəlkə də buna görə bizim üçün asan oldu. Halbuki “Keşlə”yə qarşı matçlarımız hər zaman ağır keçib.
 
Ramil Şeydayevin sağ cinaha çəkilməsi gedişatdan asılı oldu. Hesab da buna imkan verirdi. Bəzi futbolçularımıza görə narahat idik. Buna görə dəyişikliklərə əl atdıq. Heç də pis alınmırdı. Ramili müdafiəyə çəksək də, arxada görmürdüm, ancaq hücumda idi”.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer