9 may 2026. Şənbə

Neftçi yarımfinalda!


Neftçi yarımfinalda!

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Sabah” doğma meydanda “Neftçi”ni qəbul edib. Bu komandaların ilk oyunu heç-heçə bitdiyindən, cavab matçının da maraqlı keçəcəyi gözlənilirdi. Belə də, olub. Cavab görüşündə hesabı meydan sahibləri açsalarda, “ağ-qaralar” ikinci hissədə cəmi 7 dəqiqə ərzində 3 qol vuraraq əzmkar qələbə qazanıb və yarımfinala adlayıb.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Keşlə”ni 6:0 (ilk oyun 1:0) hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Digər yarımfinalçıların adına sabah baş tutacaq “Səbail” – “Zirə” və “Qəbələ” – “Sumqayıt” oyunlarında aydınlıq gələcək.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunu
12 fevral

“Sabah” – “Neftçi” 1:3
Qol: X.Kamara, 41 – E.Mahmudov, 61. R.Maçado, 62; 68.
Qırmızı vərəqə: A.İsayev, 75. S.Ağayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Masazır. “Bank Respublika Arena”, 16:00.
İlk oyun – 1:1.







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi