9 avqust 2026. Bazar günü

Sabah - Neftçi matçında qalmaqal: 2 futbolçu və baş məşqçi qovuldu


Sabah - Neftçi matçında qalmaqal: 2 futbolçu və baş məşqçi qovuldu
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah” və “Neftçi” arasında keçirilən cavab matçında qalmaqal yaşanıb. Corner.az xəbər verir ki, 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub.
 
Nəticədə hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. “Sabah”da çıxış edən "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasına qatılıb. Ağayev qonaq komandanın müdafiəçisi Voyislav Stankoviçi itələyib.
 
Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə birbaşa qırmızı vərəqə göstərib. Referi baş verənlərə sərt etiraz edərək meydana daxil olan “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.
 
“Neftçi”dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.
 
Qeyd edək ki, hazırda "Neftçi" 3:1 hesabı ilə öndədir. Komandalar arasındakı ilk görüş 1:1 hesabı ilə bitib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı