25 oktyabr 2024. Cümə

İkinci hissədə ayrıldıq - Samir Abbasov


İkinci hissədə ayrıldıq - Samir Abbasov
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunda "Sabah"ı məğlub etdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, Abasov, 3:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Qələbə bizim üçün önəmli idi. Lazım idi. Bütün qələbələr lazım olur. Sadəcə indi çətin dönəmdəyik, belə bir vaxtda daha çox lazım idi. Tək məşqçilərdən söhbət getmir. Hamı üçün bu qələbə vacib idi. İnşallah, bu oyundan sonra bir az üzümüz gülər. Futbolçular sağ olsun. İkinci hissədə ayıldıq. Bir az yatmışdıq sanki. Şükürlər olsun ki, qələbə qazandıq. Adətən oyunları axşam keçiririk. Bu gün daha erkən oynadıq. Bəlkə də, bu bizi yatızdırırdı. Futbolçular çox xoşbəxtdirlər və mən də paltardəyişmə otağına tələsirəm.
 
- İkinci oyundur ki, Sezar Meza Kolli oyuna girəndən sonra atmosfer dəyişir.
- O qədər "niyə"lər var ki. Bunu bilmək üçün azı yanımda olmaq lazımdır. Bəzən araşdırmadan qiymət verilir. 10 günlük məşqdən sonra futbolçunu əsas heyətdə görmək çətindir. Sezar digər futbolçulara nisbətən koronavirusu daha ağır keçirdi. Get-gedə daha yaxşı olacaq. Çalışırıq ki, oyunçuları formaya gətirək. Sezarın yaxşı tərəflərini görürük, etmədiklərini də görürük. Gücü yoxdur deyə, çox boşluqları doldura bilmir.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir