22 oktyabr 2024. Çərşənbə axşamı

Cavid Hüseynov: "İndidən ümidimizi qırmamalıyıq"


Cavid Hüseynov: "İndidən ümidimizi qırmamalıyıq"

"Premyer Liqanın son iki oyununda "Qarabağ"a məğlub (1:2) olduq, "Sabah"la isə heç-heçə (0:0) etdik. Çox xal itirdik və artıq itirməməliyik. Bundan sonra bizi ancaq qələbə qane edə bilər. "Keşlə" ilə oyuna da 3 xal üçün çıxacağıq. Amma bu futboldur. Sabah nə olacağını bilmirik". 

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Cavid Hüseynov deyib. 

31 yaşlı futbolçu "Qarabağ"a uduzduqları görüşdə fərqli anlar yaşadıqlarını vurğulayıb. Yarımmüdafiəçi qapılarında erkən qol gördüklərini bildirib: "İlk qolu "Qarabağ" vurdu. Biz də hesabı bərabərləşdirdik. Öz səhvimizdən qapımızda qol gördük. Bərabərlik qolundan sonra isə önə keçmək üçün real şanslarımız oldu. Ancaq istifadə edə bilmədik. Rəqib isə matçın sonlarına doğru oyunu ələ aldı. Nəticədə qol buraxdıq və məğlub olduq".

Hüseynov UEFA Avropa Liqasına vəsiqəni təmin etmək üçün hər oyunda qələbə qazanmalı olduqlarını vurğulayıb: "Avroliqaya vəsiqə qazanacağımıza inanırıq. Ümid hələ ki, var. Çempionatda beş oyunumuz qalıb.15 xal əldə edə bilərik. İndidən ümidimizi qırmamalıyıq". 

Yarımmüdafiəçi ölkə kubokunun yarımfinalında qarşılaşacaqları "Qarabağ"la oyunlar barədə də söz açıb: "Bu komandaya qarşı son iki oyunda yaxşı oynasaq da, məğlub olduq. Kubok isə tamam fərqlidir. İstəyirik ki, finala biz vəsiqə qazanaq. Qələbə üçün çox çalışacağıq".

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın XXIV turunda "Keşlə" ilə qarşılaşacaq. Həmin matç aprelin 14-də saat 15:00-da başlayacaq. "Qəbələ" və "Qarabağ" komandaları arasındakı Azərbaycan Kubokunun yarımfinal qarşılaşmaları isə aprelin 23-də və mayın 1-də keçiriləcək. 







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir