9 avqust 2026. Bazar günü

Qarabağ'a qarşı yaxşı oyun nümayiş etdirə bilərik - Elmar Baxşıyev


Qarabağ'a qarşı yaxşı oyun nümayiş etdirə bilərik - Elmar Baxşıyev
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” (1:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“İlk oyundan sonra da hələ mərhələ adlamadığımızı, evdə ağır görüş gözlədiyini qeyd etmişdik. “Sumqayıt” yaxşı təşkilatlanmış və yaxşı futbolçulara sahib komandadır. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Birinci hissədə istədiyimiz oyunu göstərməyə çalışırdıq. İkinci hissədə bir az rəqib də aktivləşdi və təzyiq göstərdiyindən hesab müdafiə olunmağımızı tələb edirdi. Beş gündən bir ağır qrafiklə oynayırıq. Komandadan razıyam və qarşıdakı matçlarda daha məzmunlu futbol göstərəcəyimizə inanıram. Ümumilikdə komandadan sırf qapanmaq və hesabı qorumaq tələb olunmur. Müdafiə olunanda da hücumu, sürətlə həmlə qurmağı düşünürük. “Sumqayıt”ı da dəyərləndirmək lazımdır. ki, daha çox təzyiq edirdi. Hesab bizi müdafiəni düşünməyə məcbur edirdi. “Qarabağ”ın reklama ehtiyacı yoxdur, gücünü də bilirik. Hər mövqedə güclüdürlər. Amma komandama inanıram. “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə bilərik. Əgər yarımfinaldayıqsa, niyə nəticəni düşünməyək”






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı