9 avqust 2026. Bazar günü

Qəbələ və Zirə də yarımfinala yüksəldi


Qəbələ və Zirə də yarımfinala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Səfərdə rəqibini məğlub etmiş əyalət təmsilçisinin yarımfinala adlamaq şansı çox yüksək idi. Cavab görüşündə qalib müəyyənləşməyib və yekun hesabla “Qəbələ” mərhələ adlayıb.

Sonuncu oyun isə “Səbail” doğma meydanda “Zirə”ni qəbul edib. İlk oyunda böyük hesabla qələbə qazanmış zirəlilərin növbəti mərhələyə adlamaq şansı yüksək idi.  Səfərdə də inamlı qələbə qazanan qonaqlar mərhələ adlayıb.

Xatırladaq ki, “Qarabağ” “Keşlə”ni (1:1, 6:1), “Neftçi” isə “Sabah”ı (1:1, 3:1) mübarizədən kənarlaşdırmışdı. Beləliklə, yarımfinalda “Qarabağ” “Qəbələ”ylə, “Neftçi” isə “Zirə” ilə mübarizə aparacaq.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
13 fevral

“Qəbələ” – “Sumqayıt” 1:1
Qol: İ.Alimi, 18 – A.Abdullayev, 82-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 15:00.
İlk oyun – 1:0.

“Səbail” – “Zirə” 1:3
Qol: R.Hacıyev, 7 – A.Ramazanov, 21. T.Xəlilzadə, 39-pen. C.Diniyev, 73.
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov.
Bakı. “ASCO Arena”, 18:00.
İlk oyun – 0:4.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı