31 yanvar 2026. Şənbə

Qarabağ'ın oyunu təxirə salındı


Qarabağ'ın oyunu təxirə salındı
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Qarabağ” pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşacaq. Corner.az xəbər verir ki, 17 fevralda Fransada, 24 fevralda Azərbaycanda meydana çıxacaq “Qarabağ”, vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Ağdam klubu Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib. Bu qarşılaşma 20 fevralda keçirilməli idi.
 
Peşəkar Futbol Liqası “Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt”ın razılığını rəhbər tutaraq aşağıdakı qərarı qəbul edib:
 
Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ” – “Sumqayıt” oyunu 20 fevraldan 12 maya təxirə salınsın.






Misli Premyer liqa

"Şamaxı" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 19:02 30.01.2026
"Şamaxı" onunla yollarını ayırıb
“Sumqayıt" və “Qəbələ”dən qələbə
  • Misli Premyer liqa
  • 18:59 30.01.2026
“Sumqayıt" və “Qəbələ”dən qələbə
“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb