19 mart 2026. Cümə axşamı

Azər Salahlı: Bütün görüntülər göz önündədir


Azər Salahlı: Bütün görüntülər göz önündədir

"Bütün görüntülər göz qabağındadır, artıq nə isə danışmağa ehtiyac belə yoxdur".

Corner.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Azər Salahlı "Sabah"a səfərdə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda rəqib yarımmüdafiəçi Aleksey İsayevin Eddi İsrafilovu vurması ilə bağlı danışarkən deyib.

28 yaşlı müdafiəçi ikinci yarının əvvəlində özünün iştirak etdiyi mübahisəli epizod barədə fikirlərini bölüşüb: "Həmin anda qolumu bədənimə maksimum birləşdirmişdim. Zərbə anında refleks oldu və qolu təbii vəziyyəti orada olmalı idi. Hansısa komanda məğlub olanda dərhal mübahisəli epizodlar xatırlanır. Bu da normal haldır".

Salahlı qarşılaşmanın ilk hissəsində sönük təsir bağışladıqlarını söyləyib: "Buna görə hesabda geri düşdük. Amma ikinci yarı tam fərqli oldu. İstədiyimiz oyunu nümayiş etdirdik və qələbə qazanan tərəf olduq. Baş məşqçi Samir Abasov da fasilədə bizə motivasiya verdi, hər birimizə inandığını söylədi".







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi