11 may 2026. Bazar ertəsi

Kollinadan sonra mən də hakim qərarlarından danışmıram


Kollinadan sonra mən də hakim qərarlarından danışmıram
"FIFA və UEFA-dakı həmkarlarım Pyerluici Kollina ilə Roberto Rozettidən sonra mən də Hakimlər Komitəsi sədrinin hakimlərin qərarları barədə ictimailəşmiş formada və KİV vasitəsilə adətən danışmıram". Corner.az xəbər verir ki,  bunu AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" arasındakı 1/4 final mərhələsinin cavab görüşündə baş hakim Rəvan Həmzəzadənin mübahisəli qərarları ilə əlaqədar  olaraq söyləyib.
 
"Lakin əmin ola bilərsiniz ki, matçların rəsmi şəxsləri ilə görüşlərimizdə istənilən oyunun ən sərt epozodlarının geniş təhlili aparılır", - deyə avstriyalı funksioner əlavə edib.
 
Ştuxlik belə əhəmiyyətli oyuna FIFA referilərinin təyinat almamasının səbəbini də açıqlayıb: "Hansısa referinin təyinat alıb-almaması hər zaman bir neçə səbəblə əlaqədar olur. Məsələn, Əliyar Ağayev bu klublar arasında Premyer Liqadakı ilk matçı idarə etmişdi".
 
2021-ci il sentyabrın 26-da "Bank Respublika Arena"da keçirilmiş həmin oyunda da qonaqlar qalib gəlib - 2:1.
 
Qeyd edək ki, Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" komandaları arasındakı 1/4 final mərhələsinin cavab matçında qalmaqal baş verib. 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub. Üstəlik, İsayev zərbədən yerə yıxılan İsrafilovun üzərinə yeriyərək, ona iradlar bildirib. Bundan sonra hər iki komandanın futbolçuları hadisə yerinə gəlib. Hazırda "Sabah"ın kapitanı olan "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voislav Stankoviçi itələyib.
 
Referi Rəvan Həmzəzadə "Sabah"dan Coy-Lens Mikels, Mixeil Erqemlidze və oyundan sonra Zurab Oçiqavanı hakimin qərarına etiraz etdikləri üçün sarı, eyni səbəbdən, baş məşqçi Murad Musayevi, eləcə də təcavüzkar davranışları üzündən Aleksey İsayevlə Səlahət Ağayevi qırmızı vərəqə ilə cəzalandırıb.
 
"Neftçi"dən Eddi İsrafilov qeyri-idman hərəkətinə görə, Samir Abasov isə texniki zona qaydalarını pozduğu üçün sarı vərəqə alıb.
 
Qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, "ağ-qaralar" iki oyunun ümumi nəticəsində yarımfinala yüksələrək, "Zirə"yə rəqib olub.
report.az
 






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi