25 oktyabr 2024. Cümə

Hakimi söyən futbolçu və baş məşqçiyə sərt cəza


Hakimi söyən futbolçu və baş məşqçiyə sərt cəza
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Qəbələ-2” – “Kəpəz” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Nicat Süleymanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. “Kəpəz”in digər futbolçusu Ümid Səmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” - “Sumqayıt-2” oyununda “Sumqayıt”ın futbolçusu Ayxan Süleymanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. “Qaradağ Lökbatan”ın futbolçusu Ceyhun Muxtarlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Sabah-2” - “Neftçi-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. “Neftçi”nin də 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
 
MOİK – “Turan Tovuz” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. MOİK-in futbolçusu Fərmayıl Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. MOİK-in futbolçusu Qabil Sabirli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına və matç bitdikdən sonra yenidən meydançaya daxil olub hakimlər briqadasını təhqir etdiyinə görə 6 oyun cəzalanıb, klubu 480 manat cərimə olunub.
 
“Zirə-2” – “Səbail-2” oyununda “Zirə”nin futbolçusu Cavad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Səbail”in futbolçusu Emin Rüstəmov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Zaqatala” – “Keşlə-2” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “Zaqatala”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Keşlə”nin baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. “Keşlə”nin futbolçusu Kamal Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir