9 may 2026. Şənbə

Layiqli qələbə qazandıq - Elmar Baxşıyev


Layiqli qələbə qazandıq - Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” – “Səbail” oyunundan sonra (2:0) “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Oyunun çətin keçəcəyini bilirdik. “Səbail”in sonuncu yerdə qərarlaşmasına baxmayaraq, həmişə təhlükə olaraq qalır. Bu rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, qalib gəlmək üçün oyuna maksimum köklənməliyik. Düşünürəm ki, futbolçular verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Asif Məmmədov ən önəmli futbolçulardan biridir. Bütün oyunlarda da iştirak edib. Bugünkü matçda həm taktiki, həm istirahət baxımdan onu qorumaq istədik. Zədəsi çox ciddi deyil, mikrozədədir. İnanırıq ki yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq. Ümumi götürsək ilk yarıda da 4-5 real qol imkanımız oldu. Onları dəyərləndirsəydik, fərqli oyuna baxardıq. Amma futboldur, hər imkandan yararlanmaq mümkün deyil. İstədiyimi meydanda görürdüm. Komanda meydançada nə etmək istədiyini göstərirdi”. 






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi