24 noyabr 2024. Bazar günü

“Səbail”ə qarşı haqsızlıq hiss edirik” – Aftandil Hacıyev


“Səbail”ə qarşı haqsızlıq hiss edirik” – Aftandil Hacıyev

"Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldı. Təəssüf ki,  eyni sözləri hesab barəsində deyə bilmirəm".

Corner.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçədən sonra mətbuat konfransında söyləyib.

- Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən vərəqələr işimizi korlayır. Qərarlar düzgün olsaydı, hesab da fərqli olardı. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.

- Bu 1 xalda baş məşqçinin payı neçə faizdir, futbolçuların payı neçə?

- Oyuna 5 müdafiəçi ilə başladıq. Ancaq bu gün hesaba uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.

- Koçukun yoxluğu nə ilə bağlı idi?

- İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündür məşq etmir.

- Qeyd etdiniz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?

- Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür xal lazım deyildi.

- Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?

- Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə.







Misli Premyer liqa

"Kəpəz"in futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:59 21.11.2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
Yunis Hüseynov “Turan Tovuz”da
  • Misli Premyer liqa
  • 15:13 13.11.2024
Yunis Hüseynov “Turan Tovuz”da
Cavid Hüseynov rəsmən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:36 12.11.2024
Cavid Hüseynov rəsmən "Səbail"də
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 10:00 11.11.2024
Premyer Liqada 200-cü oyun
Son beş ildə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 09:57 11.11.2024
Son beş ildə 3-cü dəfə
35 turdan sonra
  • Misli Premyer liqa
  • 09:56 11.11.2024
35 turdan sonra