8 dekabr 2025. Bazar ertəsi

AFFA bu futbolçunu 12 aylıq cəzalandırdı


AFFA bu futbolçunu 12 aylıq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
Region Liqasının “Ağstafa” FK – “Qoşqar” UGİM-2 oyununda “Qoşqar”ın futbolçusu Xəyal Rzayev qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Region Liqasının “Ərkivan” – “Xan-Lənkəran” oyununda “Ərkivan” azarkeşlərinin meydana daxil olması və hakimin təhlükəsizliyinin təmin olunmamasına görə “Ərkivan”a təhlükəsizliyin düzgün təşkil olunmaması ilə bağlı xəbərdarlıq edilib.
 
Region Liqasının “Babək” – “Arpaçay” oyununda “Arpaçay”ın futbolçusu Rövşən Seyidov “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Babək”in digər futbolçusu Şöhrət Ələkbərov da “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının “Səbail” – “Turan Tovuz” oyununda “Səbail”in futbolçusu Zaman Zamanlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının ROFM – İCBFA oyununda İCBFA-nın futbolçusu Fərhad Hüseynzadə “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının “Səbail” – “Zirə” oyununda “Zirə”nin futbolçusu İslam Əhmədov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Səbail”in futbolçusu Murad Muradzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının “Qarabağ” – “Neftçi” İK İB oyununda “Neftçi”nin baş məşqçisi Şahin Şahüseyni cəzalı olduğu halda texniki zonaya daxil olduğuna, hakimləri təhqir etdiyinə və bu hal 3-cü dəfə təkrarlandığına görə Şahin Şahüseynin futbola aid hər hansı bir fəaliyyəti mövsümün sonuna qədər qadağan edilib. 
 
U-14 Liqasının “Neftçi” PFK – “Sumqayıt” oyununda “Sumqayıt”ın 1 nömrəli futbolçusu İlkin Qocayev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının “Qarabağ” - “Sabah” oyununda “Sabah”ın futbolçusu Həzrət Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının “Olimpiya” FK – “Kəpəz” oyununda “Olimpiya”da yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-14 Liqasının ROFM-2 (Sumqayıt) – UGİŞM (Qusar) oyununda UGİŞM (Qusar) təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının “Azəri” TİM (Gəncə) – “Ümid” (Gəncə) oyununda “Ümid”in (Gəncə) heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının “Çinar” UGFHK (Gəncə) – TİM (Gəncə) oyununda “Çinar” yaş limitini pozduğu üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Yüksək Qızlar Liqasının UGİM (Naftalan) – “Xırdalan City” oyununda “Xırdalan City” komandasının 6 nömrəli futbolçusu Leyla Gondolova qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra səbəb olduğu hadisələrə görə 12 aylıq yarışlardan kənarlaşdırılıb. “Xırdalan City” komandasının 8 nömrəli futbolçusu Nigar Rzayeva da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Xırdalan City” komandasının baş məşqçisi Mehdi İbrahimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun “Ekol” – “Record” oyununda “Record”un futzalçısı Sərxan Məstiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun “Forza Neftçi” – “Xilə” FK oyununda matçın 27-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla “Xilə” FK komandasına texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Azərbaycan Kubokunun “Advokat” – “Alyans” FK oyununda “Alyans”ın futzalçısı Saeid Azimi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Alyans”ın futzalçısı Anar İsayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Alyans”ın futzalçısı Farzad Sadegihi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Advokat”ın futzalçısı Zakir Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun “Bibi Heybət” – “Star Karqo-2” oyununda “Star Karqo-2” komandasının 4 nömrəli futzalçısı Vasif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Bibi Heybət” komandasının futzalçısı Şahin Dadaşzadə oyunun 37-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Bibi Heybət”in futzalçısı Orxan Qəhramanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Bibi Heybət” komandasının 5 nömrəli futzalçısı İsrafil Rzabəyli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matç bitdikdən sonra “Star Karqo-2” komandasının məşqçisi Anar Məmmədov hakimlər komitəsini və Futzal Federasiyasını təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – ADBTİA oyununda “Baku Fire-2” komandasının futzalçısı Tahir Fərzəliyev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın PASO – “Standard” oyununda matçın 7-ci dəqiqəsində PASO komandasının baş məşqçisi Elşən Ağaverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.






Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu