11 may 2026. Bazar ertəsi

Sumqayıt'la Qəbələ'nin 41-ci dueli


Sumqayıt'la Qəbələ'nin 41-ci dueli

Azərbaycan Premyer Liqasının 17-ci turunda turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq.

Corner.az xəbər verir ki, “qırmızı-qaralar” turun ilk oyun günündə meydana çıxacaq. Bu qarşılaşma Sumqayıtda baş tutacaq.

Bu, iki komanda arasında 41-ci duel olacaq. İndiyədək rəqiblər arasında 40 qarşılaşma keçirilib. Əvvəlki oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. Aktivində 23 qələbə olan bu komanda 12 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 61-29. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir.

Premyer Liqa çərçivəsində baş tutan 37 görüşdə 21 dəfə üç xal qazanan “Qəbələ” 11 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 58-28-dir.

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 19 oyunda 8 dəfə qalib gəlib. 7 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 24 top vuran “Qəbələ” futbolçuları 17 top buraxıblar.

“Sumqayıt” – “Qəbələ” matçı saat 19:15-də başlayacaq.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi