24 iyun 2026. Çərşənbə

Bu bizə motivasiya olacaq - Samir Abbasov


Bu bizə motivasiya olacaq - Samir Abbasov
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
- Önəmli oyun idi. Qələbə qazanıb, seriyanı davam etdirmək istəyirdik. Bu qələbə bizə motivasiya olacaq. Görüləcək işlərimiz çoxdur. Meydanda görünür. İşləyəcəyik, udacağıq. Futbolçularımı və “Neftçi”sevərləri təbrik edirəm.
 
- Bu rəqiblə kubokdakı son gərgin oyundan sonra xüsusi tapşırıq olmuşdu?
- Bəli, xüsusi tapşırıqlar var idi. Qətiyyətlə tapşırılmışdı ki, futbolçular futbola aid olmayan dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Sərt oyun getdi. Futboldur. Səbrli oldular, üzüağ çıxdılar. Şükür Allaha söz-söhbət olmadan buradan gedirik.
 
- Daha çox yarımmüdafiənin yaxşı oyununa görə qalib gəldiyinizi demək olar?
- Yaxşı mübarizə apardıq. Mübarizələrdə uduzmadıq. Ola bilər epizodlarla uduzduq, amma komanda şəklində oynayaraq qalib gəldik. Rəqibə boşluqlar vermədik. İki mərkəz müdafiəçisi və qapıçı da çox əziyyət çəkdi. Yəni hər şeyi nəzarətdə saxladılar.
 
- “Sabah”la kubok oyunun birinci hissəsi ilə indiki arasında hansı fərq var idi?
- Kubok oyunundakı birinci hissə fiasko idi. Ona baxanda pis deyildi. Mübarizə və nöqtə qərarlar oldu. Bu gün çox şeyi düzgün etdiyimizə görə qalib gəldik.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer