22 aprel 2026. Çərşənbə

Zirə'nin müdafiəsini yarmaq çətin oldu


Zirə'nin müdafiəsini yarmaq çətin oldu
"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, doğma meydanda 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat kondransında bunları söyləyib:
 
“Maraqlı oyun alındı. Bu gün futbolçular meydanda sonadək mübarizə apardılar. Matçın əvvəlində hər iki komanda həm müdafiədə, həm də hücumda çox diqqətli oynamağa üstünlük verirdi. Birinci hissədə gözləmədiyimiz anda qapımızda qol gördük. "Zirə"yə çempionatın ən intizamlı komandası desək, yanılmarıq. Ounçuların hər iki hissədə qarşılaşmaya yanaşması, çəkinmədən topla oynaması bizi razı saldı. Amma rəqibin müdafiəsini yarmaq çətin oldu”.
 
Hacıyev əvvəlki görüşlərlə müqayisədə oyunlarında inkişafın hiss edildiyini söyləyib: “Bunu nəticəyə çevirmək bizim üçün olduqca çətindir. Heyətləri rəqiblərimizlə müqayisə edəndə ustalıq səviyyəsi açıq-aşkar hiss olunur. Rəqiblərin usta oyunçuları daha çoxdur. Amma bu gün futbolçular bunu meydanda hiss etdirməməyə çalışdılar. Futbolçulardan razı qaldım. Qısa müddətdə bərpa olunub, növbəti oyuna hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram".






Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab