9 avqust 2026. Bazar günü

Zirə'dən qələbə, Qarabağ xal itirdi


Zirə'dən qələbə, Qarabağ xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Çempionatın autsayderi “Səbail” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Lider “Qarabağ” isə səfərdə “Keşlə”nin qonağı olub. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Neftçi”yə (0:1), “Sumqayıt” isə “Qəbələ”yə (0:4) məğlub olub.

Azərbaycan Premyer Liqası
17-ci tur
28 fevral

“Səbail” – “Zirə” 0:1
Qol: A.Ramazanov, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Bakı. “ASCO Arena”, 17:00.

“Keşlə” – “Qarabağ” 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı. “ASK Arena”, 19:15.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı