24 iyun 2026. Çərşənbə

Çatışmazlıqlar hiss olunurdu - Qurban Qurbanov


Çatışmazlıqlar hiss olunurdu - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
- İntizamlı və istəkli komandaya qarşı oynayırdıq. Kubokun cavab oyunundan sonra da demişdim ki, hesab bizi aldatmamalıdır. Bu komanda bizə qarşı ciddi hazırlaşır. Çempionatın ilk oyununda da burada heç-heçə oynamışdıq. Bəzi futbolçular çoxdandır ki, 90 dəqiqə oynamırlar. Çatışmazlıqlar hiss olunurdu. Əziyyət çəkdilər, çox istəkliydilər. Bu oyun bir daha göstərdi ki, daha ciddi və daha istəkli oynamalıyıq. “Keşlə”yə uğurlar arzulayırıq.
 
- Sabah Emil Balayevin komandanı tərk edəcəyi deyilir...
- Belə ehtimal var. Sabah günorta saatlarında dəqiq bilinəcək.
 
- Daha çox yerlilər oynadı. Bundan sonra da belə olacaq?
- Özlərindən asılıdır. Hər zaman çalışırıq ki, hamıya şans yaradaq. Daha çox birlikdə oynamalıdılar, oyun təcrübələri çox olmalıdır. Qarşıdakı oyunlarda da bir neçəsini görə bilərik.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer