25 oktyabr 2024. Cümə

Qarabağ'a qarşı evdə də, səfərdə də oynamaq çətindir


Qarabağ'a qarşı evdə də, səfərdə də oynamaq çətindir
"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Qarabağ”a qarşı evdə də, səfərdə də oynamaq çətindir. Məğlubiyyətlərdən sonra qorxumuz var idi ki, ruh düşkünlüyü olar. Oyunçularla danışdıq ki, aqressivlik və istək lazımdır. Neqativ halları beynimizdən atmalıyıq. “Qarabağ” güclü komandadır. Buna rəğmən futbolçular məsuliyyətli oldular. Qol imkanlarımız da oldu. Əsas odur ki, ruh düşkünlüyü olmasın və oyundan-oyuna inkişaf edək.
 
- “Keşlə”nin hücumçulardan çəkdiyi problem nədir?
- Oyunçulara hücum planında bu gün də xatırlatdım ki, qol vurmalı və daha yaradıcı olmalıyıq. Deməzdim ki, hücumçular zəif çıxış etdi. Hücumda da gözəçarpan məqamlar var idi. Qol imkanlarını qola çevirə bilmirik. İstəmirəm bu bizdə stress yaratsın. Başqa tərzdə futbolçulara çatdırıram.
 
- Demək olar ki, Natan Oduva sizi üç xaldan etdi?
- İlyarım futbolsuz qalan futbolçudur. Potensialına inanıb gətirmişik. O da daha yaxşı olması üçün çalışır. Oyun praktikasından əziyyət çəkir. Geniş futbolçu heyətimiz yoxdur ki, Natanı yavaş-yavaş oynadaq. Oynaya-oynaya qollar vuracaq. Taktiki olaraq da tapşırıqları yerinə yetirməyə çalışır.
 
- Şəhriyar Əliyevlə oyundan sonra xüsusi görüşdünüz. Mətbuatda onunla münasibətinizin yaxşı olmadığı deyilirdi. Bu görüş barışıq əlaməti idi?
- Şəhriyardan həmişə çox şey gözləmişəm. Oyundan əvvəl də tapşırdım ki, bu gün meydanda sən danışacaqsan, kənarda mən. Bəzi tapşırıqlar vermişdim ona, öhdəsindən gəldi. Kapitan və lider kimi ağırlığını meydanda qoya bildi.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir