6 noyabr 2026. Cümə

Kəpəz'lə Turan Tovuz Bakıda məğlub oldu


Kəpəz'lə Turan Tovuz Bakıda məğlub oldu
 Azərbaycan Birinci Divizionunda 16-cı tura start verilib. Corner.az xəbər verir ki, ilk oyunun günündə 4 qarşılaşma keçirilib.
 
“Qaradağ Lökbatan” “Neftçi”nin ikinci komandası ilə qarşılaşıb və iki qolla qalib gəlib. “Kəpəz” isə “Qarabağ”ın əvəzedicilərinin qonağı olub və  görüşdən məğlub ayrılıb.
 
Turun qalan oyunları sabah baş tutacaq.
 
Birinci Divizion
16-cı tur
1 mart
 
Qarabağ-2 – Kəpəz 2:1
Qol: Əli Nəcəfli, 8. Seyxan Fərəcov, 69 – Tural Rzayev, 6.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Binə qəsəbə stadionu, 14:30
 
Qaradağ Lökbatan – Neftçi-2 2:0
Qol: Sərxan Abdullayev, 23. Elnur Cəfərov, 84.
Qırmızı vərəqə: Mirabdulla Abbasov, 41 (Neftçi-2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30
 
Qəbələ-2 – Keşlə-2 2:1
Qol: Fərid İsgəndərov, 45. Mehrac Baxşalı, 61-pen – Elnur Süleymanov, 30-pen.
Qırmızı vərəqə: Hüseyn Mürsəlov, 90 (Qəbələ-2)
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00
 
Sabah-2 – Turan Tovuz 2:1
Qol: Camal Cəfərov, 15. Fərid Kərimzadə, 21 – Sadiq Şəfiyev, 90+5.
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Vüsal Məmmədov, Kamal Umudlu
“Bank Respublika Arena”, 15:00.






Misli Premyer liqa