7 may 2026. Cümə axşamı

Bütün Azərbaycandan üzr istəyirəm - Monroz danışdı


Bütün Azərbaycandan üzr istəyirəm - Monroz danışdı

"Qəbələ"nin futbolçusu Stiven Monroz Azərbaycan Premyer Liqasının son turunda "Keşlə" ilə keçirilən matçda etdiyi hərəkət barədə danışıb.

O, hakimin israrından sonra şortunu tam yuxarı qaldırdığını bildirib. Fransalı hücumçu etdiyi hərəkətə görə üzr də istəyib:

"Hakim elə bilirdi ki, lasini çıxarmamışam, sadəcə yuxarı yığmışam. O hər dəfə israr etdikcə, şortu bir qədər də yuxarı qaldırdım. İstəmədən xoşagəlməz olayla üz-üzə qaldım. Hamı bilsin ki, orda mənim hansısa pis niyyətim olmayıb. Ağlıma gəlməzdi ki, adım belə biabırçılıqla hallanacaq. Ani yaşanan hal idi. Kimsə bunu özünə qarşı tərbiyəsizlik, azarkeşlərə hörmətsizlik kimi qəbul edirsə, bütün Azərbaycandan üzr istəyirəm. Başverənlərə görə çox üzgünəm. Tanıyanlar bilir ki, heç vaxt o cür əxlaqsız hərəkət etmərəm. Azərbaycanda olduğum müddətdə kimsə məndən artıq-əskik hərəkət görüb? Ola bilməz, tərbiyəm buna imkan verməz. Hər şey hakimin dönə-dönə israrı və ani diqqətsizlik üzündən baş verdi".(Futbol+)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi