6 noyabr 2026. Cümə

Zirə və Neftçi'dən qələbə


Zirə və Neftçi'dən qələbə

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib və minimal hesabla qələbə qazanıb. Son çempion “Neftçi” isə doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Bu oyunda da meydan sahibləri inamlı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası
18-ci tur
5 mart

“Zirə” – “Sumqayıt” 1:0
Qol: M.Hamdaui, 65.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Neftçi” – “Səbail” 2:0
Qol: T.Bezerra, 73. A.Salahlı, 79.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 19:15.







Misli Premyer liqa