22 aprel 2026. Çərşənbə

Bizim üçün çox önəmli qələbə idi


Bizim üçün çox önəmli qələbə idi
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bizim üçün çox önəmli qələbə idi. Son matçlarda pis oyun sərgilməsək də, nəticə qazana bilmirdik. Buna görə də son dəqiqələrdə qalib gəlmək həm xal, həm də mental baxımdan çox dəyərlidir.
 
Ağır zədə alan Elvin Camalovun durumu o qədər də yaxşı deyil. Beyni silkələnib və qaşı açılıb. Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün bizə əlavə müayinələr və vaxt lazımdır.
 
Ukraynalı futbolçumuz Zurab Oçiqavanın ölkəsindəki müharibəyə baxmayaraq, psixoloji vəziyyəti yerindədir. Bundan əvvəlki oyunu buraxmışdı. Çətinliklə adaptasiya olurdu. Hazırda valideynləri yaxşıdır. Bu gün bizim üçün vacib qol vurdu.
 
Bu gün “ASK Arena"da sonuncu ev oyununu keçirən və Şamaxıya köçməyə hazırlaşan “Keşlə”ni də təbrik edirəm, uğurlar arzulayıram”.






Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab