25 oktyabr 2024. Cümə

Qarabağ'ın imkan verdiyi qədər oynadıq


Qarabağ'ın imkan verdiyi qədər oynadıq
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunun “Qarabağ”la oyunundan sonra mətbuat konfransında iştirak edib. Corner.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi 1:5 hesabıyla uduzduqları oyun haqda bunları söyləyib:
 
- Bilirdik ki, çətin oyun olacaq. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Çempionatımızın çempionluğa layiqli lideridir. Oyundan öncə də komandanı ağır oyuna hazırlayırdıq və inanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirəcək. İlk hissədə düşündüklərimizi yerinə yetirməyə çalışırdıq. Təbii ki, “Qarabağ” imkan verdiyi qədər. Amma “Qarabağ” fasilədən sonra tempi qaldırdı və boşluqlar verdik. Onlar bundan yararlandı.
 
- Qırılma nöqtəsi nə oldu?
- Omar Hanni meydandan çıxdı. Oyunöncəsi daha çox Omarın üstündə dayanmışdıq. Qırılma nöqtəsi “Qarabağ”ın bizə göstərdiyi təzyiqdən irəli gəldi. “Qarabağ” nə qədər imkan verdisə, o qədər oynadıq.
 
- Qapıçının səhvləri nə qədər önəmli oldu?
- Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv edir ki, qol görürsən. Nicat inandığım qapıçıdır, qarşıdakı oyunlarda da onun üzərində dayanacam.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir