9 avqust 2026. Bazar günü

Zubirdən Premyer Liqada 25-ci qol


Zubirdən Premyer Liqada 25-ci qol
Abdullah Zubir futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub. Corner.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi 18-ci turun “Qəbələ” ilə görüşünə təsadüf edib.
 
5:1 hesablı qələbəyə bir qolla töhfə verən fransalı legioner 84-cü matçda “25”ə çatıb. 2018/19 mövsümündən Ağdam klubunda çıxış edən Zubir öncə 6, növbəti çempionatda 5 dəfə fərqlənib. Son iki mövsümdə isə onun aktivində 7 qol olub. O, ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ”nin qapısından keçirib. Fransalı 4:1 hesabı ilə bitən görüşdə dubl müəllifi olub.
 
Zubir “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 16-cı futbolçu kimi düşüb. O, bu siyahıda Yaşar Hüseynovla Vaqif Cavadova çatıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı