9 may 2026. Şənbə

Şamaxıda ilk oyunun tarixi və başlama saatı açıqlandı


Şamaxıda ilk oyunun tarixi və başlama saatı açıqlandı

"Keşlə" futbol komandasının "Şamaxı" adı altında eyniadlı şəhərdə keçirəcəyi ilk oyunun tarixi və başlama saatı açıqlanıb.

Corner.az xəbər verir ki, bu barədə Şamaxı şəhər stadionunun meneceri Elşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv martın 18-də yeni arenada meydana çıxacaq. Hüseynov həmin gün "Şamaxı"nın Azərbaycan Premyer Liqasının XX tur matçında "Sumqayıt"ı qəbul edəcəyini bildirib. Süni işıqlandırma sistemi qurulmadığından, qarşılaşma gündüz vaxtı - saat 15:00-da start götürəcək.

Hüseynov hazırda stadionda son tamamlama işlərinin görüldüyünü də diqqətə çatdırıb: "Çəkiliş tribunaya əks tərəfdən olacaq. Buna görə də kameralar üçün qüllə düzəldilir. Eyni zamanda ehtiyat oyunçular və hakimlər üçün skamyaları yerləşdiririk. Şəhərimizdə oyuna maraq böyükdür. Yerli sakinlər matçı səbirsizliklə gözləyirlər".

Qeyd edək ki, Şamaxı şəhər stadionunun açılışı 2021-ci il noyabrın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Arena 2 200 tamaşaçı tutumuna malikdir.(report)







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi