6 noyabr 2026. Cümə

Sabah məşqçiyə, Qarabağ azarkeşlərə görə cərimələndi


Sabah məşqçiyə, Qarabağ azarkeşlərə görə cərimələndi

AFFA İntizam Komitəsi (İK) "Sabah" klubunun məşqçisi Vitali Kovalyova 5 oyunluq cəza verib.

Corner.az-ın məlumatına görə, buna mütəxəssisin "Keşlə"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi Kovalyova görə 4000 manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. "Sabah"ın qapıçısı Səlahət Ağayev formasında qüsur olub və qarşılaşmada bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcək.

"Səbail" 4 futbolçusu "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.

İK "Qarabağ" klubuna da 4000 manat məbləğində cəza kəsib. "Köhlən atlar"ın azarkeşləri evdə "Qəbələ"ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə hakimin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Həmin oyunda qonaq komandanın azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.







Misli Premyer liqa