8 dekabr 2025. Bazar ertəsi

AFFA daha dörd komandaya texniki məğlubiyyət verdi


AFFA daha dörd komandaya texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Yüksək Liqanın “Neftçi” İK - EKOL oyununda EKOL-un futzalçısı Namiq Məmmədkərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın “Alyans” FK - “Baku Fire” oyununda “Alyans”ın futzalçısı Elşən Veysoyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın U-19 – “Xilə” oyununda “Xilə” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın “Şuşa” – “Ulduz” oyununda “Ulduz”un futzalçısı Səid Talıbzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matçın 19-cu dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Ulduz”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” - “Star Karqo” oyununda “Dəstə Ordubad”ın futzalçısı Anar Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Standard” - “Baku Fire 2” oyununda “Baku Fire 2” komandasının futzalçısı Zalış Səmədzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın PASO – “Zəngilan” oyununda “Zəngilan”ın futzalçısı Kamil Aslanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Advokat” – “Borçalı” oyununda “Borçalı”nın futzalçısı Asif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “İSMA” Baku – “Baker Tilly” oyununda “Baker Tilly” komandasının futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının “Keşlə” - “Qəbələ” oyunundan sonra “Qəbələ”nin baş məşqçisi Dilarə Əhmədova ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Keşlə”nin cəzalı futbolçusu Umnisə Əliyeva rəqib komandanın oyunçularını təxribata çəkdiyi üçün 8 oyun stadiona girişinə qadağa qoyulub.
 
Region Liqasının “Energetik” – “Karvan” oyununda “Karvan”ın futbolçusu Məhəmmədəli Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının “İmişli” – “Füzuli” oyununda “İmişli”nin baş məşqçisi Süleyman İsayev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
Region Liqasının “Araz” (Saatlı) – “Mil” oyununda “Mil”in futbolçusu Cahangir Qurbanzadə hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Region Liqasında keçirilməli olan “Şahdağ” (Quba) – “Cəbrayıl” oyununda “Şahdağ” (Quba) komandası matçı keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının “Babək” – “Kəngərli” oyununda “Babək”in baş məşqçisi Rauf Əliyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının “Batabat” – “Əlincə” oyunundan sonra “Əlincə”nin futbolçusu Mehman Quluyev hakimlərə hədə-qorxu gəldiyi üçün 5 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Neftçi” PFK – “Səbail” oyununda “Neftçi”nin futbolçusu Xəqan Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Vasif Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Neftçi” İK İB – “Zirə” oyununda “Zirə”nin futbolçusu Elçin Bayramov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Sabah” – “Səbail” oyununda “Səbail”in futbolçusu Əkbər Eyyubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Qəbələ” - “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Cavanşir Şahbazlı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının “Neftçi” İK İB - “Zaqatala” oyununda “Zaqatala”nın futbolçusu Deniz Ramazanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının “Neftçi” PFK – “Vətən” RİOEUGFM oyununda “Vətən”in futbolçusu Vahid Rəhimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının “Qarabağ” – “Vətən” RİOEUGFM oyununda “Vətən”in baş məşqçisi Kənan Mustafayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-11 Liqasının “Modern” FA – “Yasamal Sağlamlıq” İK oyununda “Yasamal Sağlamlıq” komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.






Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu