9 avqust 2026. Bazar günü

Sonuncu pillələrdə olmaq istəmirik - Sənan Qurbanov


Sonuncu pillələrdə olmaq istəmirik - Sənan Qurbanov
"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər iki komanda üçün vacib qarşılaşma idi. Aşağı sıralarda gedən kollektivlər üz-üzə gəlirdi. Çətin olacağını bilirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə, qol imkanlarından yararlana bilmirdik. Sonuncu pillələrdə olmaq istəmirik. Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Artıq bu qarşılaşmanı unudub növbəti oyuna hazırlaşmalıyıq.
 
Rəqibin son iki görüşünü analiz etmişdik. “Zirə” ilə matçda çox yaxşı oynamışdılar. “Neftçi”yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq etməyə çalışırdıq. Bu, bəzən alınırdı. 2:0 öndə olsaq da, komandanın arxayınlaşmasını istəmirdim”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı