19 mart 2026. Cümə axşamı

Bu oyun bir neçə futbolçu üçün siqnal idi


Bu oyun bir neçə futbolçu üçün siqnal idi
"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyun ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyun haqqında çox danışmaq istəməzdim. Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. “Keşlə” daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. Erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq.
 
Heyəti qurmaqda çətinlik çəkirdik. Qışdan sonra zədəli futbolçularımız çox olub. Bu gün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşdüyümüz durumdan çıxmağa çalışacağıq. Çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unutmalıyıq, rəqibi də qələbə münasibəti ilə təbrik edirəm. Ötən il əvəzedici heyətimiz olmayıb. Biz klubun ayaqda durması üçün çətinliklər çəkmişik. Hazırda elə gənc və hazır futbolçu yoxdur ki, ona şans verək. Əlimizdə 3-4 legioner var. Bəzi mövqelərdə yerli futbolçu da tapmaqda çətinlik çəkirik.
 
Bu oyun bir neçə futbolçu üçün siqnal idi. Növbəti mövsüm komandada qalmaq istəyirlərsə, digər matçlarda özlərini yaxşı tərəfdən göstərməlidirlər”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi