24 iyun 2026. Çərşənbə

Neftçi Sumqayıt'a qalib gəldi, Qəbələdə oyun yarıda qaldı


Neftçi Sumqayıt'a qalib gəldi, Qəbələdə oyun yarıda qaldı

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Lakin görüş güclü qar səbəbindən başa çatdırılmayıb. Matç sabah qaldığı yerdən (65-ci dəqiqə) davam etdiriləcək.

Turun qapanış matçında isə son çempion “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Üç qolun qeydə alındığı bu matçda isə meydan sahibləri inamlı qələbə qazanıb.

İlk oyun günündə “Səbail” “Keşlə”yə (0:3), “Sabah” isə “Qarabağ”a (0:1) məğlub olub.

Azərbaycan Premyer Liqası
19-cu tur
13 mart

“Qəbələ” – “Zirə” 0:0 (yarıda qalıb)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Sumqayıt” 2:1
Qol: E.Mahmudov, 18; 82-pen – R.Sadıxov, 24.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev.
Bakı. “Bakcell Arena”, 18:45.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer