9 may 2026. Şənbə

Limitin qəti əleyhinəyəm - Samir Abbasov


Limitin qəti əleyhinəyəm  - Samir Abbasov
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
“Meydanda sonadək gərginlik hiss olundu. Bu gün rəqib də yaxşı mübarizə apardı və bizə çox sayda problem yaratdı. Müdafiədə yaxşı oynayır, bizə imkan vermirdilər. Önəmli olan qələbə qazanmaqdır. Seriyamızı davam etdirmək istəyirik. Uşaqlar da əziyyət çəkdilər. Yolumuza davam edəcəyik".
 
Abasov komandasının meydana arxayın çıxmadığını söyləyib: "Biz buna imkan vermərik. "Sumqayıt"la aramızdakı keçmiş oyunlar çox şişirdilib. Qol vurduq, dərhal da buraxdıq. Son vuruşlar yaxşı olsaydı, bəlkə də, birinci hissədə oyunun taleyini həll edərdik".
 
Baş məşqçi qapıçı Kamran İbrahimovun qol buraxdığı epizodu da şərh edib: "Sabah ona ehtiyacımız ola bilər. Təbii ki, səhvi deyiləcək, göstəriləcək. Kamran yerli qapıçıdır, limitdə istifadə edirik. Bu səhvin üstünə getmək fikrimiz yoxdur”.
 
O, Azər Əliyevin yerli statusda çıxış etməsi ilə bağlı işlərin getdiyini vurğulayıb: "Baş məşqçi kimi bunun tez həllini tapmasını istəyirəm. Rəhbərlik bu suala daha yaxşı cavab verər. Ümumiyyətlə, limitin qəti əleyhinəyəm. Amma qərar budursa, başqa yolumuz yoxdur”.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi