24 iyun 2026. Çərşənbə

Ədalətli nəticə heç-heçə idi


Ədalətli nəticə heç-heçə idi

"Kiminsə bu gün məğlub olmasını istəmirdim".

Corner.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis iki gün davam edən görüşün maraqlı alındığını vurğulayıb: "Artıq bir sutkadır ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə görüş 65-ci dəqiqədə dayandırıldı. Belə məqamda komandanı tonusda saxlamaq çətindir. Hər iki tərəfin futbolçularını təbrik edirəm. Ürəyimdən keçən görüşün heç-heçə ilə bitməsi idi, belə də oldu. Adamın hər iki komandanın oyunçularının əziyyətinə heyfi gəlir. Dünənki hava şəraiti çox ağır oldu. Komandalar meydanda mübarizə apardı.Oyun haqqında danışılacaq çox şey yoxdur. Ədalətli nəticə heç-heçə idi".







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer