9 avqust 2026. Bazar günü

Qəbələdəki görüş tarixə düşdü


Qəbələdəki görüş tarixə düşdü
Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub. Corner.az xəbər verir ki, bu, Premyer Liqanın XIX turuna təsadüf edib. “Qəbələ” – “Zirə” görüşündə qapılara qol vurulmayıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutmuşdu. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.
 
Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub:  “Neftçi” 89, “Keşlə” 70, “Bakı” 62, “Şüvəlan” 54, “Turan” 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.
 
Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasında görüşdə bu hesab qeydə alınıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı