19 mart 2026. Cümə axşamı

Firuz Abdulla: Deyilənlər, yazılanlar əsassızdır


Firuz Abdulla: Deyilənlər, yazılanlar əsassızdır

Şamaxı şəhər stadionunun istifadəyə hazır olmaması barədə müzakirələr artıb. Martın 18-də “Keşlə” klubunun (yaxın gələcəkdə adı dəyişərək “Şamaxı” olacaq) “Sumqayıt”la Premyer Liqa matçını məhz yeni stadionda keçiriləcəyi bildirilirdi. Amma bu həftə PFL-in açıqladığı təqvimdə “Keşlə”nin rəqibini əvvəlki kimi Bakıdakı “ASK Arena”da qəbul edəcəyi qeyd olunub.

Bundan sonra jurnalistlər sosial mediada müzakirə aparıblar. Daha çox sual bu yöndə olub: “UEFA-nın beynəlxalq sertifikat verdiyi stadion nəyə görə daxili çempionatın oyunlarına hələ də hazır deyil?”

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib ki, stadionun hazır olmaması ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Qeyd edildiyi kimi, UEFA-nın sertifikat verdiyi stadion necə hazır olmaya bilər? Stadion tam hazırdır. Hazır olmaması ilə bağlı deyilənlər, yazılanlar isə əsassızdır”. F.Abdulla bildirib ki, Şamaxı stadionunda ilk oyunun nə vaxt keçiriləcəyi barədə məlumatı PFL açıqlayacaq.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev isə bildirib ki, təmsil etdiyi qurumun əməkdaşları bir müddət əvvəl  Şamaxı şəhər stadionunda olublar və arenada heç bir problemin olmadığı qənaətinə gəliblər:  “PFL-in əməkdaşları bir müddət əvvəl Şamaxı şəhər stadionuna getmişdilər. Onlar arenaya baxış keçirdilər. Stadionda heç bir problem yoxdur. Orada nə vaxt oyunların keçiriləcəyi barədə isə PFL-in rəsmi saytı məlumat yayacaq”. qol.az







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi