2 avqust 2026. Bazar günü

Turan Tovuz Bakıdan əliboş qayıtdı


Turan Tovuz Bakıdan əliboş qayıtdı
Azərbaycan Birinci Divizionunda 18-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd görüş keçirilib. 
 
Turun ilk matçında “Qəbələ”nin ikinci komandası “Səbail-2″ ilə qarşılaşıb və böyük hesabla qalib gəlib.
 
“Turan Tovuz” bu turda da “Qaradağ Lökbatan”la görüşdə məğlubiyyətə üzülüb. "Sabah-2" "Zirə-2"lə görüşdə inamlı qələbə qazanıbsa, "Neftçi"nin ikinci komandası “Sumqayıt-2″lə görüşdə çətin qələbə qazanıb.
 
Turun qalan oyunları sabah keçiriləcək.
 
Birinci Divizion
18-ci tur
15 mart
 
Qəbələ-2 – Səbail-2 4:0
Qol: Hüseyn Mürsəlov, 28. Ramin Doobi, 51. Mehrac Baxşalı, 80-pen. Çiçin Akande, 85.
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 73 (Səbail-2). Elşad Tağıyev, 82 (Səbail-2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu, 13:00
 
Sumqayıt-2 – Neftçi-2 2:3
Qol: İbrahim Əliyev, 13. Ayxan Süleymanlı, 73 – Ağadadaş Salyanskiy, 30. Samir Qurbanov, 32. Emin Zamanov, 88.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elman Kərimov, Elvin Bayramov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30
 
Qaradağ Lökbatan – Turan Tovuz 3:0
Qol: Nodar Məmmədov, 51. Urfan İsmayılov, 73. Elnur Cəfərov, 89.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30
 
Sabah-2 – Zirə-2 2:0
Qol: Kamran Quliyev, 87. Veysəl Rzayev, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Emin Əliyev
Binə qəsəbə stadionu, 14:30






Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı