6 noyabr 2026. Cümə

Premyer Liqanın iki klubu cərimələndi


Premyer Liqanın iki klubu cərimələndi

AFFA İntizam Komitəsi "Səbail" və "Zirə" komandalarını cərimələyib.

Corner.az-ın məlumatına görə, buna səbəb sözügedən komandaların futbolçularının Premyer Liqanın XIX tur matçlarındakı intizamsızlığı olub.

"Səbail"in 4 futbolçusu "Keşlə" ilə matçda (0:3), "Zirə"nin eyni sayda oyunçusu isə "Qəbələ" ilə görüşdə (0:0) sarı vərəqə ilə cəzalandırıldıqları üçün klublar ayrı-ayrılıqda 800 manat cərimə olunublar.







Misli Premyer liqa