12 may 2026. Çərşənbə axşamı

Səbail'in futbolçusu 4 oyunluq cəzalandırıldı


Səbail'in futbolçusu 4 oyunluq cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Qəbələ-2” – “Səbail-2” oyununda təcili tibbi yardım maşını oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. “Səbail”in futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Səbail”in digər futbolçusu Elşad Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub. “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
“Zaqatala” – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi