25 oktyabr 2024. Cümə

Yavaş-yavaş ayağa qalxmağa çalışırıq


Yavaş-yavaş ayağa qalxmağa çalışırıq
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 4:0 hesabı ilə qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərtilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq. Fasilənin bizə müsbət və ya mənfi təsiri ola bilər. Bunu oyunlar başlayanda biləcəyik. Milli komandalara çox oyunmçumuz gedir. Onların necə qayıdacağı da vacibdir.
 
Çempionatın əvvəlində nələr çəkdiyimizi heç kim bilmir. Çox problem yaşadıq. Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımız oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir