24 iyun 2026. Çərşənbə

Səhvdən sonra toparlanmaq çətin olur


Səhvdən sonra toparlanmaq çətin olur
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:4 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Neftçi”ni təbrik edirəm. Bəlkə də bu mövsümdə ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı matçlarda daha məzmunlu "Qəbələ" görəcəyik. Oyun oyundan fərqlənir. Bu komandaya inanıram. Futbolda ehtimala yer yoxdur. Yanaşmamız düzgün olmalıdır ki, nəticə qazanaq. Sıxıntılarımız olur. Amma bunu bu matçla əlaqələndirməzdim. İlk qolu standart vəziyyətdən buraxdıq. Səhvdən sonra toparlanmaq çətin olur. Amma futbol səhvlər oyunudur".
 
O, qapıçı Nicat Mehbalıyevin səhvinə də toxunub: "Futbolçunu səhvə görə kəsib-atmaq da olmur. Nicatı qazanmalıyıq. Nə qədər səhv etsə də, dəstək göstərəcəyəm. Mənim də səhvim olur. Hər şeyi normal qarşılamaq lazımdır”.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer