6 avqust 2026. Cümə axşamı

Tərlan Əhmədov qovuldu


Tərlan Əhmədov qovuldu

Azərbaycan Premyer Liqasının 25-ci turuna səfərdə “Qarabağ”la qarşılaşan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov texniki zonadan qovulub.

Corner.az xəbər verir ki, o, matçın 18-ci dəqiqəsində “Qarabağ”ın hesabı açmasından sonra hakimlərə etirazını bildirib. Əhmədov meydan sahiblərinin hesabı açarkən qayda pozuntusuna yol verdiyini iddia edib. Məsələ burasındadı ki, həmin epizodda meydan sahiblərinin hücumçusu Mahir Mədətov topa zərbə vurmaq istərkən rəqib qapıçı Şahin Zəkiyevə xəsarət yetirib. Zərbə nəticəsində 20 yaşlı qolkiperin sifəti qana bulaşıb. Həkimlərin səylərinə baxmayaraq, o, matçı davam etdirə bilməyib və Davud Kərimi ilə əvəzlənib.

Məhz bu zaman görüşün baş hakimi Əliyar Ağayev kəskin etiraz etdiyi üçün Tərlan Əhmədovu texniki zonadan uzaqlaşdırıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı