9 avqust 2026. Bazar günü

Qarabağ'dan səfərdə 40-cı darmadağın


Qarabağ'dan səfərdə 40-cı darmadağın
"Qarabağ” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər qələbəsini qazanıb. Corner.az xəbər verir ki, bu, Premyer Liqanın 20-ci turuna təsadüf edib.
 
“Zirə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Ağdam klubu bunadək 39 dəfə səfərdə üç və ya daha çox top fərqilə qalib gəlmişdi.
 
“Qarabağ” ölkə çempionatları tarixində rəqib meydanında 418 dəfə qüvvəsini sınayıb. Ağdamlılar qonaq qismində ilk böyükhesablı qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Həmin gün Kürdəmir “Şirvan”ı ilə qarşılaşan “Qarabağ” üç cavabsız qolla qalib gəlib.
 
Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə 40 və ya daha çox matçda belə qələbə qazanan ikinci komandadır. Yalnız “Neftçi”nin aktivində daha çox böyükhesablı qalibiyyət var.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı